
Suriya prezidenti Bəşər Əsədi dəstəkləyən Suriya Elektron Ordusu adlı haker qrupu ABŞ prezidenti Barak Obamanın Tvitter səhifəsini dağıdıb.
Qaynar.info xəbər verir ki, prezidentin miqrasiya haqqında qanunun ilə bağlı tvitlərində yer alan bir link "Washington Post" qəzetindəki materiala deyil youtube saytındakı Suriya ilə bağlı videoya yönləndirilib.
"Suriya terrorrizmlə qarşı-qarşı" adlı videoda 11 sentyabrla başlayan qanlı görüntülər yer alıb.
Video youtube rəhbərliyi tərəfindən ləğv edilib.
Bununla yanaşı hakerlər MyBarackObama.com və donate.barackobama.com kimi saytları da ələ keçiriblər.
Qaynar.info