
ABŞ Dövlət Departamenti 2011-ci ildə prezident Barak Obama və xanımına xarici dövlət başçılarından gələn hədiyyələrin siyahısını açıqlayıb.
Qaynar.info-nun məlumatına görə, hesabatda ən dəyərli hədiyyələr arasında Fransanın keçmiş prezidenti Nikola Sarkozi və xanımı Karla Bruninin hədiyyələri göstərilib.
Sarkozi və xanımı Karla Bruninin Obama ailəsinə göndərdiyi hədiyyələrin qiymətinin 41 min dollardan çox olduğu bildirilib.
Həmin hədiyyələr arasında məşhur bir firmanın malları, ətir, sabun və xrustal əşyalar yer alır.
Qeyd edək ki, xarici dövlət başçılarının verdikləri hədiyyələrin əksəriyyəti Milli Dövlət Arxivinə təhvil verilir.
Qaynar.info