
ABŞ-ın Nyu Cersi ştatının qubernatoru Kris Kristi atraksionda oyuncaq ayı udub və onu prezident Barak Obamaya hədiyyə edib.
Qaynar.info-nun məlumatına görə, "Sendi" qasırğasından əziyyət çəkən Nyu Cersiyə səfər edən Obama burada həm də qasırğanın fəsadlarını aradan qaldırmaq üçün görülən işlərlə maraqlanıb.
Gəzinti zamanı ikili atraksionda atıcılıq məharətlərini göstərmək istəyiblər. Obama 5 güllədən heç birini hədəfə vura bilməyib. Qubernator kristi isə elə ilk atışdan hədəfi vuraraq, oyuncaq ayı qazanıb. Kristi qazandığı oyuncağı Obamaya hədiyyə verib.
Qaynar.info