
Federal Təhqiqatlar Bürosu (FTB) ABŞ prezidenti Barak Obamaya sui-qəsd etmək istəyən iki şübhəlini yaxalayıb.
Qaynar.info-nun məlumatına görə, bu barədə BBC telekanalı xəbər yayıb.
FTB açıqlamasında Qlendon Skott krouford və Eri Feyt adlı iki nəfər kiçik bir enerji cihazı olan ölümcül radiasiya yaya bilən "çirkli bomba" hazırlayıblar. Məqsədləri isə həmin bombanı yük maşınında gizlədib uzaqdan idarə olunan sistemlə partlatmaq olub. Şübhəlilərin hədəfində hər hansi bir siyasətçi və ya müsəlman təşkilat olub.
İstintaqa yaxın olan mənbələr isə həmin siyasət adamının Barak Obama olduğunu bildiriblər. Çünki şübhəlilərdən biri Krouford dəfələrlə ABŞ prezidentini tənqid etmiş və Boston hadisələrində onu günahkar bilmişdi.
Qaynar.info