Xəbər lenti

Çoban robot da yaratdılar
Dünya11:24 24.05.2016

Çoban robot da yaratdılar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avstraliyanın Sidney Universitetinin alimləri heyvanların otarılması ilə məşğul olacaq robot yarada biliblər.

Qaynarinfo.az lent.az-a istinadən bildirir ki, bu robot xəstə heyvanları aşkar edən, onların bədənlərinin hərarətini ölçə bilən, həmçinin onların hərəkətlərini izləməyi bacaran xüsusi sensorlarla təchiz edilib.

Bundan başqa, robot otlaqların strukturu və keyfiyyətini müəyyən etməyi bacarır.

Mütəxəssislər hesab edirlər ki, robot, eyni zamanda, 150 inəyin otarılması ilə məşğul ola bilir. O, heyvanları sudan, palçıq və ya bataqlıqdan təhlükəsiz şəkildə keçirməyi bacaran əvəzedilməz köməkçi olacaq. 

Hazırda robot sınaqdan keçirilir və bu sınağı uğurla keçərsə, onu fermerlər heyvanların otarılmasında istifadə edə biləcəklər.

Qaynarinfo.az