
Cənubi Sudanda ordu qüvvələri ilə çobanlar arasında qarşıdurma yaşanıb.
Qaynar.info axar.az-a istinadən xəbər verir ki, ordu sözçüsü Filip Aquerin verdiyi açıqlamada bir zabit daxil olmaqla 20 əsgərin silahlı çobanlar tərəfindən öldürüldüyünü açıqlayıb. Onun sözlərinə görə, çobanların hansı səbəbdən əsgərlərə hücüm etdiyi bilinmir.
Əyalət İnformasiya naziri Takpini də bölgədə vəziyyətin gərgin olduğunu deyib. O, münaqişədə ən azı 16 əsgərin öldüyünü, 10 əsgərin isə itkin düşdüyünü qeyd edib.
Qaynar.info