Yerli media bazar ertəsi səhər Yaponiyanın hakim partiyasının müttəfiqi ilə birlikdə Yaponiyanın keçmiş baş naziri Şinzo Abenin öldürülməsindən bir neçə gün sonra Parlamentin Şura Palatasına (Yuxarı Palata) seçkilərdə böyük əksəriyyəti təşkil etmək üçün kifayət qədər səs qazandığını açıqlayıb.
Qaynarinfo bu barədə "France 24"-ə istinadən xəbər
verir.
Abenin rəhbərlik etdiyi Liberal Demokrat Partiyası və onun koalisiya partnyoru Komeyto yuxarı palatadakı 125 yerdən 75-dən çoxunu tutub.
Məlumatına görə, bu iki partiya dünya səhnəsində hərbi rolunu gücləndirmək üçün ölkənin pasifist konstitusiyasına dəyişiklik etmək istəyən üçdə iki çoxluğun bir hissəsidir. Bu, Abenin çoxdankı məqsədi olub.
Yaponiyanın baş naziri Fumio Kişida NHK telekanalına deyib:
"Məncə, seçkiləri başa çatdırmağımız vacibdir. Biz heç vaxt zorakılığın nitqi boğmasına imkan verməməliyik”.
Yapon mediası həmçinin bildirib ki, Abenin öldürülməsinə baxmayaraq, seçkilərdə seçici fəallığı az – cəmi 52 faiz olub.
M.Arif