Xəbər lenti

Ölkəyə qanunsuz yolla külli miqdarda dərman gətirmək istədi
Sağlamlıq 11:13 28.09.2025

Ölkəyə qanunsuz yolla külli miqdarda dərman gətirmək istədi

Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində bəyan olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərilən külli miqdarda dərman vasitələri aşkar edilib.

Dövlət Gömrük Komitəsindən Qaynarinfo-ya verilən məlumata görə, idarənin "Qırmızı Körpü” gömrük postunda Türkiyə Respublikasından ölkə ərazisinə ərzaq məhsulları gətirən yük nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçirilib və yük yerində şübhəli cizgilər müəyyən olunub.

Yük yerinə baxış zamanı 33 ədəd qutudan gömrük orqanına bəyan edilməyən, müxtəlif adda, ümumi sayı 44 min 120 ədəd olan dərman vasitələri aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->