Xəbər lenti

Dünya 13:53 16.09.2025

"Özbəkistan artıq Rusiyanın aqresiyasına dözmək istəmir" - Ekspert

"Rusiya hazırda müstəqil dövlət olan köhnə sovet respublikalarına özünün keçmiş vilayəti kimi baxmaqda davam edir. Moskva yenə də keçmişdə olduğu kimi, onlara göstəriş vermək, öz təsir dairəsində saxlamaq istəyir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Qulamhüseyn Əlibəyli Rusiya ilə Özbəkistan arasında yaşanan gərginliyi şərh edərkən deyib. 

Ekspert bildirib ki, Moskva həmin dövlətləri Rusiyanın təsirinda saxlmaq istəyir:

"Son zamanlar Mərkəzi Asiya ölkələri də müstəqil siyasət yeritmək kursu götürüblər.  Moskvanı isə onların belə hərəkəti  qıcıqlandırır".

Həmsöhbətimiz qeyd edib ki, Kreml başqa dövlətlərə münasibətdə son zamanlar kobud üsuldan istifadə etməyə üstünlük verir: 

"Rusiya artıq köhnə üsullardan deyil, qaba üsullardan istifadə etməklə qonşu ölkələrin öz təsir dairəsindən çıxmasına əngəl olmağa çalışır. Bu təsir üsullarından biri də Rusiyada yaşayan həmin ölkə vətəndaşlarına müxtəlif formalarda təsir göstərməkdən, onların vəziyyətini pisləşdirmək, qanunsuz  həbslərə getməkdən ibarətdir. Bununla da  bir növ həmin ölkələrə hədə qorxu gəlir ki, istəsə miqrantları geri qaytara və həmin dövlətlərdə gərginlik yarada bilərlər. Belə yanaşma Rusiyanın bitib-tükənməyən siyasətidir".
 


Qulamhüseyn Əlibəyli deyib ki, Rusiyanın siyasəti  lazımsız əsaslara söykənib:

"Lakin Kremldə anlamırlar ki, bu cür üsullar ona uğur gətirmir və gətirməyəcək. Əksinə, belə addımlar Moskvanın digər qonşu dövlətlərlə münasibətlərini gərginləşdirir. Bu, Rusiyanın siyasətinin lazımsız əsaslara söykəndiyini göstərir".

Qeyd edək ki, Rusiyada yaxın qonşu ölkələrdən olan miqrantlara münasibətdə düşmənçilik siyasəti günü-gündən daha kəskin xarakter alır. Kreml gah bu, gah da  digər ölkələrə təsir etmək üçün ərazisindəki miqrantları sıxışdırmaq kursu yürüdür. Bu günlərdə Özbəkistan Vladivostokda öz vətəndaşlarına qarşı hücumlarla bağlı  Rusiyaya nota verib. 

Özbəkistanın Vladivostokdakı baş konsulu Yusup Kabuljanovun sözlərinə görə, Daşkənd Rusiyanın müvafiq qurumlarından hadisə ilə bağlı tədbir görülməsini tələb edib. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->