Bakıda özünü "avtoritet” kimi göstərən Anar Abbbasovu bıçaqlayan şəxsə hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, 1984-cü il təvəllüdlü Seymur məhkəmədə ondan hər gün pul tələb edən qonşusunu bıçaqlanmasının səbəblərini açıqlayıb.
Onun sözlərinə görə, Anar həyətdə özünü "avtoritet” kimi göstərib və ondan pul istəyib. Seymur bildirib ki, əvvəllər də istəyəndə Anara 15-20 manat pul verib. Həmin gün isə pulu olmadığını deyib, Anar isə evdən pul gətirməsini tələb edib.
Seymur bir daha Anara pulunun olmadığını dedikdə aralarında mübahisə yaranıb. Təqsirləndirilən şəxs bundan əsəbləşərək evinin "besedka”sından götürdüyü bıçaqla Anarı vurub. Hadisə gecə saatlarında baş verdiyindən Seymur Anarı 1 saylı Şəhər Klinik Xəstəxanasına (Semaşko) aparıb.
Məhkəmənin iclasına gedən zaman Anar ona "mən məhkəmədə deyəcəm ki, məni sən vurmamısan, ondan sonra səni buraxacaqlar" sözlərini deyib.
Məhkəmədə dindirilən zərərçəkmiş şəxs ifafdəsində bildirib ki, özünü zərərçəkmiş şəxs kimi qəbul etmir. O, hadisə zamanı heç bir zərər çəkməyib. Məhəllədə mübahisə olub, lakin o, hadisənin necə baş verdiyini xatırlamır.
Məhkəmənin qərarı ilə Seymur Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib və 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Amid