Özünü Londonda Bukingem sarayının qapılarına zəncirləmiş şəxs həbs edilib.
Qaynarinfo Daily Mail-ə istinadla
xəbər verir ki, bu haqda cümə günü, iyulun 7-də London polisi bildirib.
"Cümə günü, iyulun 7-də səhər saat bir radələrində bir nəfər hücum etmək məqsədi ilə silah saxlamaqda şübhəli bilinərək saxlanılıb. Həbs olunmazdan əvvəl məhbus Londonun cənubundakı xəstəxanalardan birinə aparılıb”, - Polis "Twitter” sosial şəbəkəsində yazıb.
Hadisə barədə iyulun 6-da Daily Mail nəşri məlumat yayıb. 30 yaşlarında olan kişi əsas darvazaya özünü qandallayıb və özünə zərər verməklə hədələyib. Hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidə turistlərin yığılmasına imkan verməyiblər.
Hadisə yerinə təcili tibbi yardım briqadaları da gəlib.
Alpər