Roma bələdiyyəsinə bağlı Roma kommunasında işləyən şəxslər ofisə ev heyvanlarını gətirə biləcək.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, ətraf mühit və səhiyyə nazirliyi gigiyena qaydalarına əməl etmək şərti ilə ofisə it və pişik gətirilməsinə icazə verib. Ofisə gətirilən heyvanların şəxsiyyət vəsiqələri və veterinardan sağlamlıq haqqında sənədləri olmalıdır.
Təcrübə dövrü uğurlu keçsə, digər ərazilərdə də ofisə ev heyvanlarının gətirilməsinə icazə veriləcək.
Gülşən