Bakıda əsgərlikdə olan oğluna göndərdiyi bağlama çatmadığı üçün 102-yə zəng edib söyüş söyən şəxs həbs edilib.
Qaynarinfo-nun məlumatına görə, 1973-cü il təvəllüdlü Zöhrab Vəliyev (ad-soyad şərti) oğluna göndərdiyi bağlama ilə bağlı DİN-nin 102 xidmətinə dəfələrlə zəng vuraraq, polis əməkdaşlarını təhqir edib.
Onunla bağlı İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol trətib olunub və iş məhkəməyə göndərilib.
Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs özünü təqsirli bilərək, məhkəmə iclasında bildirib ki, əsgərlikdə olan oğlu üçün bağlama göndərib, lakin bağlama çatmadığı üçün 102 xidmətinə zəng vuraraq, məlumat verib. Sonradan isə onunla əlaqə saxlayaraq, özünü müstəntiq kimi təqdim edən şəxs onu Sulutəpə qəsəbəsinə çağırıb. Bundan sonra yenə 102 xidmətinə zəng vuraraq, həmin müstəntiqin tapılmasını xahiş edib.
O, müstəntiq kimi özünü təqdim edən şəxsdən başqa heç kimi təhqir etməyib. Zəng vurduğu zaman içkili olub, ona görə özünü idarə edə bilməyib. Törətdiyi əməldən peşman olduğunu bildirərək, cərimə olunmasını məhkəmədən xahiş edib.
Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilib.
Əhməd