Xəbər lenti

Oğlunun kitablarını oxudu, 50 yaşında hüquq fakültəsinə qəbul olundu
Dünya 20:50 04.09.2025

Oğlunun kitablarını oxudu, 50 yaşında hüquq fakültəsinə qəbul olundu

Çində 50 yaşlı qadın oğlununun kitabları öyrəndikdən sonra hüquq fakültəsinə qəbul olunub. 

Qaynarinfo xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.

Yerli mediaya danışan Yan soyadlı xanım Kunmin şəhərində yerləşən Cənub-Qərb Meşəçilik Universitetindən magistraturaya qəbul məktubu aldığını bildirib. O, burada Hüquq ixtisası üzrə təhsil alacaq. Qadının illərlə davam edən arzusu məhz oğlunun buraxdığı dərs vəsaitləri sayəsində gerçəkləşib.

"Bir dəfə bədbəxt hadisə baş verdi və mən əlil oldum, işimi itirdim, depressiyaya düşdüm. İndi 50 yaşım var və yeni yola çıxıram - magistr dərəcəsi almağı arzulayıram", deyə Yan bildirib.

Onun sözlərinə görə, iki il əvvəl oğlu aspiranturaya qəbul imtahanında uğursuzluqdan sonra evdəki kitablarını kənara qoyub. Yan həmin dərslikləri oxuyaraq əvvəlcə oğlunun səhvlərini anlamaq istəsə də, materialların özünə də uyğun olduğunu görüb. Bununla da imtahanlara hazırlaşmağa başlayıb.

Ən böyük çətinlik isə ingilis dili olub - qadın bu dildə 20 ildən artıq danışmayıb. Lakin ailəsinin dəstəyi və şəxsi əzmi ilə o, iki dəfə qəbul imtahanı verib və nəhayət, uğur qazanıb.

Yan magistr təhsilini pensiyası hesabına maliyyələşdirəcək: "Bəziləri pensiyada rəqs edir və ya səyahətə çıxır. Mənim pensiyam isə təhsildir. Bu, möhtəşəm olacaq".

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->