
Ermənistan müdafiə naziri Seyran Ohanyan Rusiyanın Azərbaycana silah satmasına müsbət yanaşa bilmədiyini bəyan edib.
Qaynar.info-nun APA-ya istinadən verdiyi məlumata görə, S.Ohanyan bunu jurnalistlərə açıqlamasında Moskvanın Bakı ilə hərbi-texniki əməkdaşlığına münasibət bildirərkən deyib.“Ermənistanın strateji tərəfdaşı olan Rusiya şübhəsiz ki, ilk növbədə ölkəmizlə hərbi-texniki əməkdaşlığa önəm verir. Lakin Rusiya eyni zamanda müstəqil siyasət yürüdə bilər. Müdafiə naziri kimi buna müsbət yanaşa bilməsəm də, tənqid etmək hüququm da yoxdur”, - deyə o vurğulayıb.
Qaynar.info