Xəbər lenti

Okean tullantılarından hazırlanan ayaqqabılar satışda - 220 dollar
Dünya11:05 07.11.2016

Okean tullantılarından hazırlanan ayaqqabılar satışda - 220 dollar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Adidas okean tullantıları hazırlanan idman ayaqqabılarının satışına başlayıb. 

Ötən il Adidas mütəxəssisləri 3D printerin köməyilə idman ayaqqabılarının prototipini nümayiş etdirib. 


Artıq şirkət bu üsulla hazırlanmış 7000 ədəd idman ayaqqabısını satışa çıxarıb. 220 dollara (368 AZN) satışa çıxarılacaq ayaqqabılar “Parley for the Oceans” şirkətinin dəstəyilə hazırlanıb. 

Ayaqqabıların üst hissəsinin 95 faizi emal edilmiş plastikdən ibarətdir. Eyni zamanda altlıq da emal olunmuş tullantılardan hazırlanıb. 2017-ci ildə Adidas milyon ədəd belə idman ayaqqabısını satışa çıxarmağa hazırlaşır.(AzNews.az)

Qaynarinfo.Az