Almaniya kansleri Olaf Şolts bildirib ki, Avropa İttifaqı (Aİ) Ukraynadakı hərbi münaqişənin uzun müddət davam etməsinə hazırdır və Kiyevə dəstək kursunu davam etdirməlidir.
Qaynarinfo xəbər verir ki, onun sözlərinə görə, Ukrayna hazırda əks-hücum əməliyyatlarını davam etdirir və müxtəlif istiqamətlərdə cəbhə xəttini yarmaq üçün fürsət axtarır.
"Ukraynadakı hərbi münaqişənin uzun müddət davam edə biləcəyinə köklənməliyik. Gələcəkdə Ukraynaya dəstəyimizi necə təşkil edəcəyimizi müzakirə etmək üçün əsas var”, deyə Şolts Aİ Şurasının sammiti zamanı bildirib.
Almaniya kanslerinin sözlərinə görə, Aİ ölkələri uzun müddət "Ukraynaya hərbi, humanitar və maliyyə yardımı” göstərməli olacaqlarına hazır olmalıdırlar.
İyunun 12-də daxili bazar üzrə Avropa komissarı Tyerri Breton da bildirib ki, Aİ Ukraynada hərbi əməliyyatların bir neçə il uzanacağı faktına hazırlaşır. O hesab edir ki, qurum Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə davam etməlidir.
Aydın