"Heç kim düşünməsin ki, imperialist Rusiya başqa ölkələrə hücum etməz".
Qaynarinfo "Reuters”ə istinadən xəbər verir ki, bu sözləri Almaniya kansleri Olaf Şolts mediaya açıqlamasında
deyib.
Şolts, Finlandiya və İsveç baş nazirləri ilə birgə mediaya açıqlamasında bildirib ki, Rusiyanın Ukraynaya hərbi təcavüzü İkinci Dünya müharibəsi sonrakı dünya düzənini dağıdıb və Avropanı özünümüdafiə strategiyasını gücləndirməyə məcbur edir.
"Heç kim deyə bilməz ki, Rusiya prezidenti və hökuməti növbəti dəfə beynəlxalq hüququ zorakılıqla pozmayacaq”, deyə Şolts bildirib
Kansler "Stern” jurnalına başqa bir müsahibəsində isə Rusiya prezidenti Vladimir Putinin imperialist siyasət yürütdüyünü və qonşu ölkələri də özünün axra baxçası kimi gördüyünü deyib.
"O öz ərazilərini artırmaq və sərhədləri zorakılıqla dəyişmək istəyir. Dəyişmiş dünyada çarəsizcəsinə Rusiyanın keçmiş əhəmiyyətini bərpa etmək istəyir”, deyə alman kansler bildirib.
Kansler Finlandiya və İsveçin NATO-ya üzv olmaq qərarlarını dəstəkləyəcəyini bildirib.
Nurlan Hüseynov