Almaniya kansleri Olaf Şolz alman xalqına müraciət edib.
Qaynarinfo xəbər
verir ki, "Mannheimer Morgen” qəzetinə müsahibəsində o, ölkə vətəndaşlarını yəhudiləri qorumaq üçün vətəndaş cəsarəti göstərməyə çağırıb.
"Almaniyada yəhudilərə hücum edən hər kəs hamımıza hücum edir, - Şolz deyib və əlavə edib ki, - Almaniyadakı yəhudiləri qorumaq üçün birlikdə işləməliyik, bu, vətəndaş cəsarəti ilə bağlıdır". O, həmçinin vurğulayıb ki, antisemitizmlə amansız mübarizə aparılmalıdır və dövlətin məsuliyyəti yəhudi institutlarını qorumaqdır.
Şolzun çağırışları Avropa Komissiyasının Aİ-də antisemitizm motivli hadisələrin artdığını elan etməsindən sonra gəlib. Onlar qeyd ediblər ki, antisemitizm hərəkətləri Avropanın müdafiə etdiyi hər şeyə, o cümlədən Aİ ölkələrinin əsas dəyərlərinə və həyat tərzinə ziddir.
Bundan əvvəl Almaniya şəhərləri Fələstin tərəfdarı nümayişlərə bürünüb. Ölkədəki yəhudi qurumlarına da hücumlar olub. Berlin meri Kay Veqner deyib ki, bütün bunlar Almaniyada antisemitizmin yüksək səviyyədə olduğunu göstərir.
Xatırladaq ki, oktyabrın 7-də radikal Fələstin hərəkatının İsrail ərazisinə raket hücumları və Qəzza zolağı ilə həmsərhəd bir sıra yaşayış məntəqələrini ələ keçirməsindən sonra bir sıra ölkələrdə Fələstin tərəfdarı İsrail və HƏMAS arasında münaqişənin kəskinləşməsi fonunda aksiyalar həyata keçirilir.
Bildirilib ki, əksəriyyəti mülki şəxslər olmaqla 1400-dən çox israilli həlak olub. HƏMAS silahlıları da çoxlu sayda girov götürüblər. Buna cavab olaraq İsrail hakimiyyəti Qəzza zolağına blokada yaradıb və anklavı bombalamağa davam edir. Qəzzanın Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin bombardmanları başlayandan bəri bu zolaqda 9 mindən çox insan həlak olub. ÜST-ün məlumatına görə, ölənlərin 40%-i uşaqlardır. Hazırda Qəzza zolağı bağlanıb - elektrik enerjisi, internet yoxdur, istilik və suyun verilməsində fasilələr yaranıb.
Alpər