Xəbər lenti

Olimpiadanın açılışında çıxış edən sənətçi təhdid edilir
İdman11:28 30.07.2024

Olimpiadanın açılışında çıxış edən sənətçi təhdid edilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Parisdə 2024-cü il Olimpiya Oyunlarının açılış mərasimində çıxış edən fransız sənətçi Barbara Butç onlayn zorakılığa görə şikayət edib. 
Qaynarinfo xəbər verir ki, o, böyük narazılığa səbəb olan "Sonuncu Şam yeməyi"nin parodiyası ilə səhnəyə çıxıb. 
"Sənətçi misli görünməmiş kiber zorakılıq və böhtan dalğasının hədəfinə çevrilib. O, həm ölkə vətəndaşları, həm də əcnəbilər tərəfindən törədilən bu hərəkətlərdən şikayət edir", deyən müğənnini vəkili həmçinin Butçun dəfələrlə təhqir olunduğunu və təhdid edildiyini qeyd edib.
Qeyd edək ki, Olimpiadanın açılış mərasimi ciddi tənqid olunub. Xüsusən də mərasimin təşkilatçıları Leonardo da Vinçinin "Sonuncu Şam yeməyi" tablosunun parodiyasına görə dindarlara hörmətsizlikdə ittiham olunublar.
Bundan sonra Paris-2024 Yay Olimpiya Oyunlarının rəsmi açılış mərasiminin videosu oyunların rəsmi saytından və "YouTube" kanalından silinib.
Aydın