Xəbər lenti

Olimpiadanın açılışını 3 milyard tamaşaçı izləyəcək - VİDEO
Dünya12:26 07.02.2014

Olimpiadanın açılışını 3 milyard tamaşaçı izləyəcək - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün XXII Qış Olimpiya Oyunlarının təntənəli açılış mərasimi keçiriləcək

Soçidə bu gün XXII Qış Olimpiya Oyunlarının təntənəli açılış mərasimi keçiriləcək. Stadionun tribunalarında 40 min tamaşaçının olacağı gözlənilir, televiziya yayımını isə 3 milyarddan çox tamaşaçı izləyə biləcək.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlamasında Soçiyə 60-dək dövlət rəhbərinin səfər edəcəyini, tək açılış mərasimində isə 44 dövlət başçısının iştirak edəcəyini bildirib.

Soçidə keçiriləcək Qış Olimpiya Oyunlarında 15 idman növü üzrə 98 medal dəsti uğrunda mübarizə aparılacaq. Medalların hazırlanmasına 2,5 kq qızıl, 700 kq bürünc və 2 ton gümüş sərf olunub. Olimpiya medallarının gözəl dizaynı özündə Rusiya xalqının ənənəvi 28 sənət növünün incilərini birləşdirir. Medallar yüksək dəqiqliyi ilə seçilən optik və zərgərliy müəssələrində hazırlanıb. Soçi Qış Olimpiya və Paraolimpiya Oyunlarında bu medallar uğrunda 3500 atlet mübarizə aparacaq.

Yarışlar 11 idman arenasında keçiriləcək. İlk medal dəsti uğrunda yarışlar fevralın 8-də keçiriləcək. Olimpiadada Azərbaycan dağ xizəyi və fiqurlu konkisürmə idman növləri üzrə 4 idmançı ilə təmsil olunur. Olimpiada fevralın 23-dək davam edəcək. Rusiya Olimpiya infrastrukturuna və təşkilati işlərə 51 milyard dollara yaxın oyunlar tarixində ən çox pul xərcləyən ölkəyə çevrildi. /ans press/


Qaynar.info