
2016-cı il Rio de Janeyro Yay Olimpiya Oyunlarının rəsmi mahnısı təqdim olunub.
"Qəlb və ürək" adlanan bəstənin müəllifləri braziliyalı Tiaqinyo və Projotadır.
Bəstənin müəllifləri bildiriblər ki, bu müsiqi Braziliya kimi səslənir: "Musiqi ağır mübarizədən və büsbütün qəlb və ürəyini ortaya qoymağın gərəkliyindən bəhs edir”.Videoklipdə Rio de Janeyronun ən məşhur yerləri, olimpiya idman obyektləri, habelə 10-12 yaşlı 4 yeniyetmə idmançının məşqlərindən fraqmentlər təqdim olunub.
"Rio-2016" 5-21 avqustda keçiriləcək. Hələlik Olimpiadada Azərbaycanı 54 idmançının təmsil edəcəyi dəqiqləşib.
Qaynarinfo.az