Xəbər lenti

Oliqarxlar və korrupsiya ilə mübarizə - Avropa Komissiyasının Gürcüstana 12 şərti
Dünya15:34 17.06.2022

Oliqarxlar və korrupsiya ilə mübarizə - Avropa Komissiyasının Gürcüstana 12 şərti

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Avropa Komissiyası (AK) Ukrayna, Moldova və Gürcüstanın Avropa İttifaqına daxil olmaq üçün müraciətləri ilə bağlı yekun rəyi təsdiqləyib. Yekun rəyə görə Ukrayna və Moldovaya üzvlüyə namizəd statusunun verilməsi tövsiyə edilib. Gürcüstana gəlincə, AK-nın rəyi fərqli olub – Gürcüstanın Avropa perspektivi tanınıb, lakin namizəd statusu verməzdən əvvəl Tbilisi bir sıra islahatlar aparmalı olacaq.
Komissiya Gürcüstana Aİ-yə üzv olmaq üçün namizəd statusunun verilməsini tövsiyə edən 12 şərti qeyd edib.
Qaynarinfo xəbər verir ki, Gürcüstanın üzvlük ərizəsi ilə bağlı rəyi AK-nin saytında dərc olunub.
Meyarlar sırasında oliqarxiyadan azad olunma, məhkəmə islahatı, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, medianın azadlığının və müstəqilliyinin təmin edilməsi yer alır. Şərtlər aşağıdakılardır:
•Siyasi qütbləşməni aradan qaldırmaq; siyasi partiyaların "Şarl Mişel sazişi” ruhunda əməkdaşlığını təmin etmək.
•Bütün dövlət qurumlarının tam fəaliyyət göstərməsinə, onların müstəqilliyinin və hesabatlılığının gücləndirilməsinə təminat vermək; Seçki bazasının daha da təkmilləşdirmək, ATƏT/DTİHB və Venesiya Komissiyası tərəfindən müəyyən edilmiş bütün çatışmazlıqların aradan qaldırmaq.
•Geniş, əhatəli və partiyalararası məsləhətləşmələr prosesinə əsaslanan şəffaf və effektiv məhkəmə islahatları strategiyasını qəbul etmək və həyata keçirmək; Tam və həqiqətən müstəqil, hesabatlı və qərəzsiz məhkəmə sistemini təmin etmək; Bütün məhkəmə və prokurorluq orqanlarının düzgün işləməsini və bütövlüyünü təmin etmək; Aşkar edilmiş bütün, o cümlədən bütün səviyyələrdə hakimlərin və Baş prokurorun təyinatı ilə bağlı prosedurlardakı çatışmamazlığı aradan qaldırmaq; Gürcüstan məhkəmə sisteminin əsas əlaqələndirici orqanında - Ali Ədliyyə Şurasında əsaslı islahatlar aparmaq.
•Korrupsiyaya qarşı mübarizə agentliyinin müstəqilliyinin gücləndirilmək, xüsusən də yüksək səviyyəli korrupsiya halları ilə ciddi məşğul olmaq; yeni Xüsusi istintaq xidmətini və Fərdi məlumatların mühafizəsi xidmətini mandatlarına uyğun resurslarla təchiz etmək və onların institusional müstəqilliyini təmin etmək.
•Şəxsi maraqların iqtisadi, siyasi və sosial həyata həddindən artıq təsirini aradan qaldıraraq, "deoliqarxizasiya” kursunu həyata keçirmək;
•Ətraflı təhdid qiymətləndirmələri əsasında mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin gücləndirmək; Hüquq-mühafizə orqanlarına hesabatlılığı və nəzarəti təmin etmək.
•Azad, peşəkar, plüralist və müstəqil media mühitinin təmin etmək, xüsusən də media sahiblərinə qarşı qaldırılan cinayət işlərinin ən yüksək hüquqi standartlara cavab verməsini təmin etmək və jurnalistlər və digər media işçilərinin təhlükəsizliyinə təhdid halları ilə bağlı qərəzsiz, səmərəli və vaxtında araşdırma aparmaqla daha çox səy göstərmək. 
•Həssas qrupların insan hüquqlarının müdafiəsini gücləndirmək üçün, o cümlədən zorakılıq törədənlərin və zorakılığın təhrikçilərinin daha effektiv mühakimə olunması yolu ilə operativ tədbirlər həyata keçirmək.
•Gender bərabərliyini təşviq etmək və qadınlara qarşı zorakılıqla mübarizə aparmaq üçün səyləri konsolidasiya etmək.
•Bütün səviyyələrdə vətəndaş cəmiyyətinin qərarların qəbulu proseslərinə cəlb edilməsini təmin etmək.
•Gürcüstan məhkəmələrinin öz müzakirələrində Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarını fəal şəkildə nəzərə alınması ilə bağlı qanunvericiliyə düzəlişlər etmək.
•Ombudsmanın təyin edilməsində müstəqil namizədə üstünlük verilməsini və seçki prosesinin şəffaf olmasını təmin etmək.
Avropa İttifaqı liderləri iyunun 23-24-də Brüsseldə keçiriləcək sammitdə Gürcüstan, Ukrayna və Moldovaya namizəd statusunun verilməsi və ya rədd edilməsi ilə bağlı yekun qərarı verəcəklər. Statusun verilməsi barədə qərar 27 üzv dövlətin hamısı tərəfindən dəstəklənməlidir.
Nizami Bağırov