Xəbər lenti

Olland İrəvanda Putinlə görüşəcək?
Siyasət09:31 18.04.2015

Olland İrəvanda Putinlə görüşəcək?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Fransa prezidenti Fransua Olland aprelin 24-də İrəvana edəcəyi səfəri çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşəcək”. 

Musavat.com-un məlumatına görə, bu barədə Fransanın “Le Figaro” nəşri Yelisey sarayına istinadən yazıb. 

“Danışıqlar zamanı Ukraynadakı vəziyyət və bir sıra digər mövzular müzakirə ediləcək”, - deyə Fransa prezidentinin administrasiyasındakı mənbəyə istinadən qəzet qeyd edib. 

Xatırladaq ki, Rusiya liderinin 24 aprel saxta soyqırım törəninə qatılacağı hələ ki, dəqiq deyil. Kremlin mətbuat katibi Dmitri Peskov məsələnin gündəmdə olduğunu, lakin qəti qərar verilmədiyini söyləyib.

Qaynar.info