Xəbər lenti

Ollanddan Kremlə sərt mesaj
Dünya14:57 22.05.2015

Ollanddan Kremlə sərt mesaj

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fransa prezidenti Qərbi Rusiyaya təzyiq göstərməyə çağırəş edib
"Ukraynanın şərqindəki atəşkəs rejiminə əməl edilməsi üçün Rusiya və rusiyapərəst separatçılara təzyiq etmək lazımdır".
ANS PRESS-in məlumatına görə, bunu Fransa prezidenti Fransua Olland bildirib.
O, Riqada keçirilən “Şərq tərəfdaşlığı” sammitində çıxışı zamanı deyib: "Aydındır ki, atəşkəsə tam əməl olunmur. Buna görə də biz təzyiqləri davam etdirməliyik. Xüsusilə, atəşkəs rejiminə tam əməl olunması üçün Ukraynanın şərqindəki separatçılara və Rusiyaya qarşı sanksiyalar artırılmalıdır".
Onun sözlərinə görə, ötən ilin aprelindən indiyədək Ukraynanın şərqində gedən döyüşlərdə 6 mindən çox insanın ölməsi, Ukraynanın bir sıra şəhərlərindəki indiki vəziyyət dərin narahatlıq doğurmaya bilməz və Avropa buna biganə yanaşmamalıdır.