Dünya 21:20 28.05.2022

Şols və Makron Putinlə saat yarım danışdı, mühüm qərarlar verildi

Almaniya kansleri Olaf Şolz və Fransa prezidenti Emmanuel Makron Rusiya prezidenti Vladimir Putinlə saat yarım danışıb.

Qaynarinfo xəbər verir ki, Almaniya Nazirlər Kabinetinin sözçüsü Steffen Hebeshtreitin jurnalistlərə verdiyi məlumata görə, kansler və Fransa prezidenti dərhal atəşkəsin yaradılmasında və Rusiya qoşunlarının çıxarılmasında təkid ediblər.
 
"Onlar Rusiya prezidentini Ukrayna prezidenti ilə ciddi birbaşa danışıqlar aparmağa və münaqişənin diplomatik həllini tapmağa çağırıblar", - Hebeştreit bildirib.

Onlar həmçinin qida təchizatı ilə bağlı qlobal vəziyyəti müzakirə ediblər, Berlinin fikrincə, Rusiyanın Ukraynadakı mühribəsi üzündən vəziyyət xüsusilə gərginləşib. "Prezident Putin Ukraynadan taxıl ixracına, xüsusən də dəniz yolu ilə icazə vermək niyyətində olduğunu açıqlayıb, - Hebeştreit bildirib. - Prezident Putin vəd etdi ki, Rusiya gəmilərdə taxıl ixrac etmək üçün Ukrayna limanlarını qorumaq üçün yaradılmış mina kəmərinin açılmasından hərbi əməliyyatlar üçün istifadə etməyəcək".

Yelisey Sarayı Avropa liderlərinin Mariupolda əsir götürülən 2500 hərbçini azad etmək üçün Putinə müraciətindən də bəhs edib.

Bundan əvvəl Kreml məlumat vermişdi ki, danışıqlar zamanı "Kiyevin günahı ucbatından dondurulmuş danışıqlar yolunda vəziyyətə” xüsusi diqqət yetirilib. Rusiya Federasiyasının prezidenti "Rusiya tərəfinin dialoqun bərpasına açıq olduğunu təsdiqləyib”. Kremldən verilən məlumata görə, Putin həmçinin Qərb silahlarının Ukraynaya daşınmasının davam etməsinin təhlükəli olduğuna işarə edib. Saraydan bildiriblər ki, Rusiya Federasiyasının lideri Makron və Şolsa ərzaq təchizatındakı çətinliklərin Qərbin yanlış siyasəti və anti-Rusiya sanksiyalarının nəticəsi olduğunu vurğulayıb. Putin həmçinin qeyd edib ki, Rusiya sərbəst şəkildə taxıl ixracı, o cümlədən Qara dəniz limanlarından ixrac yollarını axtarmağa hazırdır, - Kremldən bildirilib.
 
Alpər