Almaniya kansleri Olaf Şolts bu həftə Vaşinqtona səfər edəcək və Ukraynaya Rusiyanın təcavüzünə qarşı müqavimət göstərməyin vacibliyini vurğulayacaq.
Qaynarinfo "Reuters"ə istinadla
xəbər verir ki, o, cümə axşamı, fevralın 8-i axşam ABŞ-da olacaq.
Adının açıqlanmasını istəməyən rəsmilər nəşrə bildiriblər ki, səfər zamanı Şolz ts konqresmenlərlə nahar edəcək, cümə günü fevralın 9-da isə amerikalı iş adamları ilə görüşəcək.
Cümə günü daha sonra Almaniya lideri ABŞ prezidenti Co Baydenlə görüşərək ilk növbədə Ukrayna, NATO və İsraildəki müharibəni müzakirə edəcək.
Nəşrin həmsöhbətlərinin sözlərinə görə,
Şolts səfər zamanı Avropanın Ukraynaya dəstəyi, xüsusən tammiqyaslı işğalın
başlanmasından bəri Almaniyanın təxminən 30 milyard dollar təşkil edən ikitərəfli
hərbi yardım haqqında yenilənmiş məlumat verəcək.
O, həmçinin NATO-nun gələcəyini və müdafiə alyansının iyulda Vaşinqtonda keçiriləcək sammitini Baydenlə müzakirə edəcək.
Rəsmilər qeyd edib ki, Şolts ABŞ-ın keçmiş prezidenti Donald Trampla görüşmək niyyətində deyil və mətbuat konfransı keçirməyəcək.
Həmçinin, Baydenlə İsraildəki müharibəni müzakirə edən Şolts, çox güman ki, iki dövlətli həllə mümkün diplomatik yollar tapmağa çalışacaq.
Alpər