Xəbər lenti

Şolts: Putin demokratiya qığılcımından qorxur
Dünya07:25 21.06.2022

Şolts: Putin demokratiya qığılcımından qorxur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya prezidenti Vladimir Putin demokratiya qığılcımının ölkəsinə yayılmasından qorxur.
Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu sözləri Almaniya kansleri Olaf Şolts deyib.
O qeyd edib ki, Putin Avropanı parçalamağa, Kremlin  təsir dairəsini genişləndirməyə və dünyaya hakim olmağa çalışır. Kansler Putinin Ukraynanın Avropa Birliyinə qəbul edib-etməyəcəyi ilə bağlı sualı da cavablandırıb:"Rusiya prezidenti qəbul etməlidir ki, onun qonşuluğunda bir-birinə getdikcə daha da yaxınlaşan demokratiyalar icması mövcuddur. Putin açıq şəkildə ölkəsinə yayılan demokratiya qığılcımından qorxur”.
Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova sosial şəbəkədə kanslerin dediklərinə cavab yazıb:"Alman qığılcımları bir-iki dəfə üzərimizə yayılıb. Biz daha yanğına icazə verməyəcəyik".
Nurlan Hüseynov