Almaniya kansleri Olaf Şolts Ukrayna üçün təhlükəsizlik təminatlarının müzakirə edilməsinin vacibliyini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, o bunu hökumətin mətbuat konfransında deyib.
Şolz qeyd edib ki, Berlin uzun müddətdir, ən mühüm müttəfiqləri ilə bu barədə müzakirə aparır.
Almaniya kanslerinin sözlərinə görə, söhbət həm də Rusiyanın Ukraynaya qarşı müharibəsi başa çatandan sonra təhlükəsizliyi təmin etməyə hazır olmaqdan gedir.
O vurğulayıb ki, bəzi tərəflərin dediyi kimi, "müharibənin nə təhərsə dondurulması və Rusiyanın işğalının qanuniləşdirilməsi”ndən söhbət gedə bilməz.
"Rusiya prezidenti açıq şəkildə qonşu ərazilərin bir hissəsini udmaq istəyir: onun Ukrayna ilə bağlı belə bir planı var və bu, həm də onun Belarusla bağlı planıdır”, - Şolts əminliklə deyib.
Məhz buna görə də, Şoltsun vurğuladığı kimi, Ukraynanı dəstəkləmək və "təhlükəsizlik zəmanətləri haqqında konkret söhbət” etmək vacibdir.
"Və buna görə də açıq şəkildə bəyan etmək vacibdir ki, biz nə vaxt lazım olarsa, Ukraynanı dəstəkləyəcəyik və tətbiq edilmiş sülhlə razılaşmayacağıq. Rusiya öz qoşunlarını çıxarmalıdır", - o əlavə edib.
Xatırladaq ki, Polşa, Fransa və Almaniyanın dövlət və hökumət başçılarının Parisdə keçirilən görüşündə Ukraynanın NATO-ya üzvlüklə bağlı istəkləri və müttəfiqlərdən təhlükəsizlik təminatları müzakirə olunub.
Polşa prezidenti Anjey Duda Ukraynanı NATO-ya qəbul etməyə çağırıb, Emmanuel Makron və Olaf Şolts isə daha ehtiyatlı davranaraq təhlükəsizlik təminatlarından danışıblar.
Alpər