Almaniya kansleri Olaf Şolts Ukraynaya əlavə dəstək verəcəyinə əmin edib, lakin bu ölkədəki münaqişənin nə qədər davam edəcəyini proqnozlaşdıra bilmədiyini deyib.
Qaynarinfo xəbər verir ki, siyasətçi bu barədə "Welt am Sonntag" qəzetinə müsahibəsində bildirib.
Şolts qeyd edib ki, silahlı qarşıdurma davam etdikcə, Berlin Kiyevi dəstəkləyəcək və Almaniya hakimiyyəti buna hazırdır. Eyni zamanda, o bildirib ki, Ukraynadakı münaqişənin nə qədər davam edəcəyini heç kim deyə bilməz, buna baxmayaraq, ukraynalılar almanların dəstəyinə arxayın ola bilərlər.
Şolts həmçinin Almaniyanın ölümcül nəticələrə səbəb olacaq yanlış qərarlar verməməsinə cavabdeh olduğunu, buna görə də hər bir qərarın diqqətlə nəzərdən keçirildiyini deyib.
2022-ci ilin fevralından Almaniya Ukraynaya hərbi və humanitar olaraq 22 milyard avro dəyərində yardım verib. Bununla yanaşı, Berlin Kiyevi hava hücumundan müdafiə sistemləri və tanklarla təmin edib.
Aydın