Almaniya kansleri Olaf Şolts Kiyevə səfəri zamanı prezident Volodimir Zelenskidən Rusiya ilə sülh danışıqlarıyla bağlı "nəyə hazır olduğunu” öyrənmək istəyir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bild” mənbələrinə istinadən
yazır.
Nəşr yazır ki, "tam məxfi söhbətdə” Şolts Zelenskinin Ukraynadakı vəziyyəti necə qiymətləndirdiyini və Ukrayna cəmiyyətinin hansı sülh şərtlərinə hazır olduğunu anlamaq istəyir.
"Ukraynalıların başı üzərindən heç bir qərar verilməməlidir”, - deyə adı açıqlanmayan mənbə bildirib.
Nəşrin yazdığına görə, Şolts bu səfəri Donald Trampın ABŞ prezident seçkilərindəki qələbəsindən sonra planlaşdırıb və yanvarda Trampın andiçmə mərasimindən əvvəl Ukrayna prezidenti ilə görüşmək istəyib.
Xatırladaq ki, bu gün Almaniya kansleri Olaf Şolts iki il yarımdan sonra ilk dəfə elan olunmamış səfərlə Kiyevə gəlib. Həmçinin bu gün Şolts Ukraynaya 650 milyon avro dəyərində hərbi yardım paketinin hazırlandığını açıqlayıb.
Şolts sonuncu dəfə Ukraynaya 2022-ci ilin iyununda Fransa prezidenti Emmanuel Makron və İtaliyanın o vaxtkı baş naziri Mario Draqi ilə birlikdə səfər edib.
Nizami Bağırov
Şərhlər