Xəbər lenti

Şoltsun partiyası onu başqa namizədlə əvəzləməyi müzakirə edir - FT
Dünya 18:26 13.09.2024

Şoltsun partiyası onu başqa namizədlə əvəzləməyi müzakirə edir - FT

Almaniya kansleri Olaf Şoltsun rəhbərlik etdiyi Sosial Demokrat Partiyası (SDP) onun 2025-ci ildə keçiriləcək parlament seçkiləri üçün namizədlər siyahısından çıxarılması imkanını nəzərdən keçirir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times” (FT) qəzeti mənbələrə istinadən yazır.

FT-yə görə, belə bir müzakirə, seçicilərin Şoltsa olan etimadının itirilməsi, onun aşağı reytinqi, eləcə də Avropa İttifaqı tərəfindən kanslerin hərəkətlərindən məyus olması ilə əlaqələndirilir.

"Parlament partiyasında ABŞ prezidenti Co Baydenin vitse-prezident Kamala Harrisə necə yol verdiyini xatırlayan bir çox nümayəndə var. Onlar, bunun Almaniya üçün bir presedent yarada biləcəyi ilə maraqlanırlar. Şoltsun ictimai sorğulardakı nəticələrinə nəzər saldıqda belə sualların niyə yarandığını başa düşmək olar”, - adının açıqlanmasını istəməyən partiya nümayəndələrindən biri qəzetə bildirib.

Nəşr bu yaxınlarda keçirilmiş sorğunun nəticələrinə istinad edir. Sorğuya görə, hazırda Olaf Şolts 1990-cı ildə Almaniyanın yenidən birləşməsindən sonra bütün kanslerlər arasında ən aşağı reytinqə malikdir. Araşdırmaya görə, respondentlərin 77%-i hazırkı kanslerin güclü lider keyfiyyətlərinə malik olmadığı qənaətindədir.

Bundan əlavə, bir avropalı diplomat FT-yə bildirib ki, Avropa İttifaqı kanslerin iqtisadi və müdafiə sahəsində Almaniyaya Aİ-də siyasi üstünlük verəcək mühüm qərarlarının olmamasından narazıdır. Diplomat deyib ki, Şolts iclaslarda heç bir siyasi liderlik nümayiş etdirmir.

FT-nin məlumatına görə, hazırda bu məsələ ilə bağlı qapalı müzakirələr aparılır. Qəzet qeyd edir ki, Olaf Şoltsun yerinə namizədlər kimi partiya üzvləri Almaniyanın müdafiə naziri Boris Pistoriusu, həmçinin Saar federal əyalətinin başçısı Anke Rehlingeri təklif edirlər.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->