Xəbər lenti

Şoltsun partiyası Rusiya ilə bağlı siyasətinə yenidən baxacaq
Dünya11:57 23.01.2023

Şoltsun partiyası Rusiya ilə bağlı siyasətinə yenidən baxacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hökumət koalisiyasına daxil olan Almaniya Sosial Demokrat Partiyası (ASDP) xarici siyasətlə bağlı sənəd hazırlayıb. Sənədə görə, Almaniya Avropada aparıcı rol alacaq, eləcə də Rusiya və Çinlə bağlı siyasətini dəyişəcək.
Qaynarinfo xəbər verir ki, 21 səhifəlik sənəd layihəsinin hazırlanması barədə Almaniya KİV-ləri, o cümlədən DPA, Handelsblatt məlumat yayıb. 
Bu gün, yanvarın 23-də ASDP-nin rəyasət heyətində müzakirəyə çıxarılacaq.
Sənədin müəllifləri hesab edirlər ki, ölkə "dünyadakı öz roluna yenidən baxmalı və daha böyük məsuliyyət götürməlidir”. Onların fikrincə, Almaniya Rusiya ilə əməkdaşlığa çox uzun müddət ümid edirdi, baxmayaraq ki, 2008-ci ildə Rusiyanın Gürcüstanla beş günlük müharibəsindən sonra siyasətinə yenidən baxmağa başlamaq lazım idi. ASDP hesab edir ki, Avropanın təhlükəsizliyinin təmin edilməsi bu ölkədə əsaslı dəyişikliklər baş verənə qədər Rusiya Federasiyasının hərəkətlərindən müdafiəni əhatə etməlidir. Bundan əlavə, partiya Çinlə münasibətlərə yenidən baxmağa çağırır - Berlin iqtisadi baxımdan Pekindən daha müstəqil olmalıdır.
Həmçinin, partiyaya görə, Almaniya gələcəkdə NATO-da güclü tərəfdaş kimi görünməlidir. Alman ordusu elə təchiz olunmalıdır ki, hər an öz tapşırıqlarını yerinə yetirə bilsin.
Rusiya-Almaniya münasibətləri 2022-ci il fevralın 24-də Rusiya qoşunlarının Ukraynaya girməsi fonunda pisləşib. Almaniya Rusiyanın enerji resurslarından yüksək asılılığına baxmayaraq, ondan imtina etməyə başladı. Berlin Moskvaya qarşı neft sanksiyalarını dəstəklədi və Rusiya qazının alışını azaltdı.
Nizami Bağırov