
Braziliyalı məşhur rejissor 80 yaşlı Eduardo Kutinyo evində bıçaqlanaraq öldürülüb.
Qaynar.info xəbər verir ki, polis verdiyi açıqlamasında rejissorun Rio de Janeyrodakı evində ruhi xəstə olan oğlu Daniel tərəfindən öldürüldüyünü deyib.
Kutinyonun həyat yoldaşı Mariya das Dores Kutinyo da sinəsindən və qara ciyərindən bıçaq zərbələri alaraq, ağır yaralanıb.
Qeyd edək ki, 1967-ci ildə çəkdiyi "ABC do Amor" filmilə məşhurlaşan Kutinyo 17-ci film festivalında da Qızıl Ayı Mükafatı almışdı.
Qaynar.info