Xəbər lenti

“Omicron”un yeni variantları Sinopharm peyvəndinin antikorlarından yayınır
Dünya08:31 21.06.2022

“Omicron”un yeni variantları Sinopharm peyvəndinin antikorlarından yayınır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Omikron"un bəzi variantlarında Sinopharm peyvəndinin iki dozasından sonra neytrallaşdırıcı anticisimlər əsasən aşkar edilməyib.
Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə "The Lancet” jurnalında dərc edilmiş bir Çin araşdırmasında deyilir. 
Bildirilir ki, buster doza antikorları yalnız qismən bərpa edə bilir. 
BBIBP-CorV peyvəndi Çində istifadə üçün təsdiqlənmiş iki Sinopharm COVID peyvəndindən biridir və eyni zamanda dövlət firmasının ixrac etdiyi əsas peyvənddir.
Tədqiqatçılar bildirib ki, iki doza BBIBP-CorV peyvəndi vurulan 25 şəxs arasında BA.2.12.1 və BA.4/BA.5 kimi yeni variantlara qarşı neytrallaşdırıcı fəaliyyət ya olmayıb, ya da minimal dərəcədə olub.
İki doza peyvənd vurulan 25 adama BBIBP-CorV buster dozası vurulandan sonra isə onların yalnız 24-48%-ində yeni variantlara qarşı neytrallaşdırıcı fəaliyyət müşahidə edilib. 
Çində istifadə üçün təsdiqlənmiş Chongqing Zhifei Biological Products şirkətinin başqa bir peyvəndinin buster dozası vurulmuş adamlarda neytrallaşdırıcı fəaliyyət dərəcəsi bir qədər yaxşılaşaraq 30-53%-ə yüksəlib.
Nurlan