Xəbər lenti

Omlet sifariş edən zabit həbs olundu
Dünya12:58 21.06.2013

Omlet sifariş edən zabit həbs olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyədə qəribə hadisə baş verib. 

Tekitdağ şəhərindəki hərbi hissələrin birində gecə növbəsindən çıxan baş çavuş yeməkxanada omlet sifarişi verib. 

Omletin hazırlandığı vaxt yeməkxanaya girən hərbi hissə növbətçisi səhər yeməyi siyahısında olmayan omletin kim üçün hazırlandığını soruşub. baş çavuç üçün hazırlandığını öyrənən komandir hadisə ilə bağlı raport yazıb. 

İş məhkəməyə göndərilib və baş çavuşa 6 ay həbs cəzası verilib.

İddianamədə yazılıb ki, baş çavuş səhər yeməyi siyahısında olmayan omlet hazırlatdığı üçün məmur nüfuzundan sui-istifadə edib və dövlətə 91quruş ziyan vurub. 

Qaynar.info