Minskdəki etirazçılar "Belteleradiokompaniya”nın binasının qarşısına gəlib.
Qaynarinfo Tut.by-yə istinadla xəbər verir ki, onlar "Həqiqət!" şüarı səsləndirirlər. "Naşa Niva” xəbər verir ki, "Belteleradiokompaniya”nın 272 əməkdaşı artıq etirazçılara qoşulub.
OMON milisləri BT binasına giriblər.
Bütün Belarusda seçki nəticələrinə etiraz aksiyaları, eləcə də aksiyalara sərt basqılar davam edir. "Belaruskali” kimi iri müəssisənin işini dayandırması xüsusən diqqət çəkir.
Qeyd edək ki, "Belteleradiokompaniya” (BTRK) Birinci televiziya kanalında, bir sıra ixtisaslaşdırılmış televiziya kanallarında və dörd radio yayım kanalında yayımlanan dövlət qurumudur.
Alpər