Xəbər lenti

OMON Moskva bazarında azərbaycanlılara hucum edib
Dünya08:51 04.07.2013

OMON Moskva bazarında azərbaycanlılara hucum edib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu hucum Moskva merinin vəzifələrini icra edən Sobyaninin sərəncamı ilə həyata keçirilir.

Moskvada azərbaycanlıların kütləvi şəkildə ticarətlə məşğul olduğu “Moskovretskiy” bazarına OMON hucum edib. Bu barədə Modern.az-a Moskvada bazarda işləyən soydaşlarımız bildirib. Hazırda bazarda ticarət köşklərini dağıdan OMON etiraz edən azərbaycanlılara qarşı zor tətbiq edir.

Xüsusi təyinatlılar eyni zamanda bazarda pasport rejiminin yoxlanmasına başlayıblar. Xeyli azərbaycanlının saxlandığı bildirlir. Bu hucum Moskva merinin vəzifələrini icra edən Sobyaninin sərəncamı ilə həyata keçirilir.

Hazırda "Moskovretsksiy” bazarında ticarət palatkaları dağıdılır, köşklər sökülür.

Qaynar.info