Xəbər lenti

Onlar Allah dərgahında cavab verəcəklər - Səudiyyə
Siyasət19:05 16.05.2016

Onlar Allah dərgahında cavab verəcəklər - Səudiyyə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İran vətəndaşlarına həcc ziyarətinin qadağan edilməsi qəbuledilməzdir. Qadağa birbaşa İran hökumətinin qərarıdır.
 
Axar.az xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanının Mədəniyyət və İnformasiya naziri Adil bin Zeyd deyib.
“Səudiyyə hökuməti həcc və ümrə ziyarətinə gələn başqa xalqlardan olan müsəlmanları məmnuniyyətlə qarşılayır. İranlı zəvvarlara bu müqəddəs ziyarətlərin qadağan olunması İran rəsmiləri ilə əlaqədardır. O şəxslər Allahın dərgahında cavab verəcəklər”, - Zeyd vurğulayıb. 
Qaynarinfo.az