Xəbər lenti

Onlar Marsa gedəcək və ... geri qayıtmayacaqlar!
Dünya07:02 06.10.2014

Onlar Marsa gedəcək və ... geri qayıtmayacaqlar!

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qızıl planetə ilk səfər yuxuda ola bilər. ANS PRESS-in məlumatına görə, NASA yeni planını üzə çıxarıb. Belə ki, qızıl planetə ilk səfər yuxuda ola bilər.
180 günlük səyahətin sərnişinləri dərin yuxuya veriləcək, sadəcə həyati ehtiyacları qarşılanacaq.

NASA-nın yeni planı Marsa uçanların xərclərini əhəmiyyətli dərəcədə azalda bilər.

Əgər bu plan reallaşsa həm sərnişinlərin ehtiyacı olacaq qida, su miqdarı 3 dəfə azalacaq, həm də istifadə ediləcək kosmik gəminin ölçüsü kiçiləcək. Bunun sayəsində xərclərdə bir necə dəfə az olacaq.

Yatırılma metodu isə ağır vəziyyətdə olan xəstələr üçün istifadə edilən üsulla eyni ola bilər. Hələlik NASA-nın bu planı müzakirə mövzusudur.

Qeyd edək ki, Hollandiyanın “Mars When” şirkəti Qırmızı planetdə qəsəbə salmaq üçün könüllülər yığmağa başlamışdı. Şirkətin proqramına görə, qəsəbəsalma, realiti şou formatında həyata keçiriləcək. Müvafiq müsahibələrdən sonra uğurlu namizədlərin 2023-cü ildə Mars planetinə yollanacağı bildirilir. Proqramın ən ağır şərti ondan ibarətdir ki, Qırmızı planetə uçmağa razı olan könüllülər bir daha yer planetinə qayıda bilməyəcək.

Seçimlərdə əsas tələblərdən biri ərizəçilərin 18 yaşdan yuxarı və sağlam olmasıdır. Elmi-texniki təhsili olan insanlara üstünlük veriləcəyi bildirilir. 2015-ci ilin iyul ayında 24 könüllü seçildikdən sonra onlar 7 il ərzində Marsa yollanmaq üçün müvafiq hazırlıq kursu keçəcək.

Qaynar.info