
Bosniya-Hersoqovina məhkəməsi 1992-ci ildə Sarayevo yaxınlığındakı Qrbavitsa, Vratsa və Kovaçiçi ərazilərində qadın və uşaqlara verdiyi işgəncəyə görə, "Batko" ləqəbli serb hərbçi veselin Vlahoviç 45 il müddətinə azadlıqdan məhrum edilib.
Qaynar.info-nun məlumatına görə, 30 nəfəri qətlə yetirmək, onlarla bosniyalı qadına təcavüz etməkdə ittiham olunan Vlahoviç haqqında məhkəmə bu gün başlayıb. Vlahoviç haqqındakı 66 ittiham bir-bir oxunub.
Hakim Zoran Boziç "Qrbavitsa canavarı" adlandırılan Vlahoviçin insanlara işkəncə verdikdən sonra yaxınlıqdakı təpədə başlarından vuraraq öldürdüyünü söyləyib.
Bundan başqa hakim Vlahoviçin 7 aylıq hamilə qadına təcavüz edərək, sonra öldürdüyünü də deyib.
Qaynar.info