Xəbər lenti

Onlayn tanışlıqlar daha az xoşbəxt evliliklərə səbəb olur - Alimlər
Dünya17:56 12.08.2025

Onlayn tanışlıqlar daha az xoşbəxt evliliklərə səbəb olur - Alimlər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avstraliya Milli Universitetinin alimləri müəyyən ediblər ki, internet vasitəsilə tanış olan cütlüklər, şəxsi görüşlərlə tanış olanlara nisbətən bir-birlərinə daha zəif hisslər bəsləyirlər. 
Qaynarinfo xəbər verir ki, araşdırmanın nəticələri "Telematics and Informatics” jurnalında dərc olunub.
Tədqiqatda müxtəlif ölkələrdən 6646 cütlük iştirak edib. Ümumi iştirakçıların 16 faizi internetdə tanış olduqlarını bildirib. 2010-cu ildən sonra münasibətlərə başlayanlar arasında bu göstərici 21 faizə yüksəlib. Könüllülərdən münasibətlərin keyfiyyəti barədə danışmaq və partnyorlarına qarşı cazibə gücünü qiymətləndirmək xahiş olunub.
Onlayn tanış olan iştirakçılar münasibətlərindən daha az məmnun olduqlarını, həmçinin oflayn tanış olanlara nisbətən partnyorlarına qarşı yaxınlıq, ehtiras və sədaqət hisslərinin daha zəif olduğunu qeyd ediblər.
Alimlərin fikrincə, şəxsi görüşlərlə tanış olan cütlüklər çox vaxt oxşar sosial dəyərlərə malik olur və dünyaya bənzər şəkildə baxırlar. Ortak ideallar, ehtiyaclar və maraqlar sistemi münasibətlərdə qarşılıqlı anlaşma və dəstəyə kömək edir.
Araşdırmanın müəllifləri bildiriblər ki, internet potensial partnyorların böyük seçimini təklif etsə də, seçim bolluğu uyğun namizədin tapılmasını çətinləşdirə və münasibətlərin keyfiyyətini azalda bilər. Bundan başqa, zaman keçdikcə tanışlıq tətbiqləri getdikcə daha çox qısamüddətli əlaqələr üçün istifadə olunur.
Tədqiqatın aparıcı müəllifi, biolog-antropoloq Adam Bode əlavə edib: "Onlayn tanışlıqların başqa bir problemi – şəxsi ünsiyyətdə asanlıqla sezilə bilən narahatedici siqnalları görməzdən gəlmək riskidir. Bu isə cütlüyün uzunmüddətli davamlılığına mənfi təsir göstərə bilər".
Aydın