Xəbər lenti

Onun dəfninə 59 ölkənin rəhbəri gələcək
Dünya05:30 09.12.2013

Onun dəfninə 59 ölkənin rəhbəri gələcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Mərasimə beynəlxalq və regional təşkilatların nümayəndələri, BMT, Avropa Birliyi və Afrika İttifaqının da rəsmiləri qatılacaq

59 ölkənin dövlət və hökumət başçıları dekabr ayının 10-da Cənubi Afrika Respublikasının eks prezidenti Nelson Mandelanın dəfn mərasimində iştirak edəcək.

Rusiya mətbuatının verdiyi xəbərə görə, bu informasiyanı Reuters agentliyi yayıb. Cənubi Afrika Respublikasının hökumət naziri Kollinz Çaban bildirib ki, dəfn mərasiminə dövlət və hökumət başçıları ilə yanaşı, beynəlxalq və regional təşkilatların nümayəndələri, BMT, Avropa Birliyi və Afrika İttifaqının da rəsmiləri gələcək.

ABŞ prezidenti Barak Obamanı isə xanımı Mişel Obama, eks prezidentlər – Cimmi Karter, Corc Buş (oğul), Bill Klinton (xanımı ilə) və Konqressin 26 üzvü müşayiət edəcək. Braziliya prezidenti Dilma Rusself də dəfn mərasiminə 4 eks prezidentlərlə birgə gələcək.

Xatırladaq ki, 27 il həbsxanada yatan, 1993-cü ildə Nobel Sülh mükafatını alan, 5 il ölkə prezidentinin vəzifəsini icra edən Nelson Mandela ötən həftənin 4-cü günü 95 yaşında dünyasını dəyişib. // ANS PRESS