Xəbər lenti

OPEK üzvləri yeni baş katib seçdi
Dünya16:17 02.06.2016

OPEK üzvləri yeni baş katib seçdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Nigeriya Dövlət Neft Şirkətinin (Nigerian National Petroleum Corporation, NNPC) sabiq rəhbəri Muhammed Barkindo 2016-cı ilin avqust ayının 1-dən OPEK-in baş katibi olacaq.
RİA Novosti xəbər verir ki, bu barədə təşkilatın informasiya xidmətinin rəhbəri Həsən Hafid bildirib.
“Konfrans Nigeriyadan olan Barkindonu 2016-cı ilin avqust ayının 1-dən təşkilatın baş katibi təyin etmək qərarına gəlib”, - deyə o, jurnalistlərə deyib.
Barkindo, bu postu 2007-ci ildən tutan hazırkı baş katib Abdulla Salam əl-Bədrini əvəz edəcək.
Qaynarifo.az