Xəbər lenti

Opera müğənnisi 112 km.saat sürətlə Trampın iqamətgahına soxuldu, həbs edildi
Dünya11:26 01.02.2020

Opera müğənnisi 112 km.saat sürətlə Trampın iqamətgahına soxuldu, həbs edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Florida polisi ABŞ Prezidenti Donald Trampın iqamətgahına CİP-lə soxulmağa çalışan naməlum şəxslərin kimliyini müəyyənləşdirib.
Qaynarinfo Reuters”ə istinadla xəbər verir ki, qanun pozuçu Hanna Remhild adlı sərxoş qadın olub.
Palm Beach dairəsinin şerifi bildirib ki, 30 yaşlı Hanna Remhildə Konnektikutda verilən sürücülük vəsiqəsini götürüb. Facebook səhifəsində qız özünü "opera müğənnisi" kimi qeyd edib. Bu məlumatı Qərbi Konnektikut Universitetindən olan vokal müəllimi Marqaret Astrup təsdiqləyib.
Xatırladaq ki, CİP Trampın iqamətgahında iki keçid məntəqəsini saatda 112 km-dən çox sürətlə keçib. Bu vaxt o yüksək çılğınlıq halında olub, hətta avtomobilin damında rəqs edib. Avtomobil əsas girişə tərəf gedəndə mühafizəçilər atəş açmağa məcbur olub. Remhil yeni qız tanışyıla motelə qədər getməyə nail olsa da, orda polislərdən qaçmağı bacarmayıb. Qeyd olunur ki, Remhild Mar-a-Laqodan çıxanda maşınına başqa bir qızı da götürüb. Hər ikisi həbs olunub, lakin polis hadisəni terror aktı kimi qiymətləndirməyib.