Məhkəmə Şimali Osetiyadan olan opera müğənnisi Vadim Çeldiyevi ekstremizmi qızışdırmaqda təqsirli bilib.
Qaynarinfo "İnterfaks”a istinadla xəbər verir ki, o, 10 il müddətinə sərt rejimli koloniyada cəza
çəkəcək.
Sənətçi həmçinin 2020-ci ildə Vladiqafqazda koronavirus məhdudiyyətlərinə qarşı etirazlara çağırıb. Həmin ilin aprelində o, saxlanılıb, o vaxtdan həbsdədir.
Vadim Çeldiyev Sankt-Peterburq Konservatoriyasında və Mariinski Teatrının Gənc Müğənnilər Akademiyasında təhsil alıb, Mixaylovski Teatrında çıxış edib. P.Lisitsian adına birinci beynəlxalq müsabiqənin diplom laureatıdır.
Rosfinmonitorinq Çeldiyevi "ekstremist fəaliyyətdə iştirak edən” şəxslər siyahısına daxil edib.
Alpər