Xəbər lenti

İdman 22:55 26.02.2024

Operator qadın köməkçi hakimi yerə sərdi (VİDEO)

İspaniya çempionatında ötən həftə baş tutan "Betis” - "Atletik” matçında kuryoz hal yaşanıb. 

Qaynarinfo-nun məlumatına görə, qarşılaşmanın yan hakimlərindən biri Qvadalupe Porras çəkiliş aparan kamera ilə toqquşub. Hadisə hakimin meydanın mərkəzinə doğru qaçarkən yaşanıb. O, geri qayıdarkən televiziya kamerasına sərt şəkildə dəyərək yerə yıxılıb. Nəticədə üzündən ciddi zədə alıb. 

Baş hakim Gilyermo Kuadra Fernandes yaşananları, "13-cü dəqiqədə vurulan qoldan sonra bir nömrəli köməkçimin oyun qaydaları ilə müəyyən edilmiş iş sahəsinə televeziya kamerası yerləşdirildi. Teleoperatorun bu hərəkəti nəticəsində sözügedən kamera ilə köməkçimin başına şiddətli zərbə dəyib və nəticədə o, böyük ölçülərdə üzünün kəsik-kontuziyası yarası aldı, həmçinin huşunu itirərək yerdə qaldı. "Betis” və "Atletik”in həkimləri vəziyyətdən tez xəbər tutduqda, onun yıxıldığı yerə gediblər. Daha sonra köməkçimin vəziyyətinin ağırlığına görə həkimlər tərəfindən atılacaq addımlar qiymətləndirilərək orada olan təcili yardım maşını ilə xəstəxanaya köçürülüb” - deməklə təsvir edib. 

Matçın 13-cü dəqiqəsindən etibarən bu hallar üçün müəyyən edilmiş protokoluna uyğun olaraq, dördüncü hakim D.Nestor Holqeras Kastellanos köməkçi hakim funksiyasını üzərinə götürüb və icra edib. 
 


 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->