Xəbər lenti

Oqtay Şirəliyevin yerinə baş direktor seçildi (FOTO)
Ölkə 15:42 10.10.2025

Oqtay Şirəliyevin yerinə baş direktor seçildi (FOTO)

"Respublika Diaqnostika Mərkəzi" ASC-nin yeni Baş direktoru seçilib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, xəstəxananın baş direktoru vəzifəsinə Vəzirov Rəşid Şamil oğlu gətirilib. 

Qeyd edək ki, Rəşid Vəzirov 2019-cu ildən 2021-ci ilə kimi sözügedən klinikanın baş direktoru olub. 22.09.2021-ci ildə sabiq səhiyyə naziri Oqtay Şirəliyev "Respublika Diaqnostika Mərkəzi" ASC-nin baş direktoru, Rəşid Vəzirov isə icraçı direktoru seçilib. 

Bu ilin 3 oktyabrında Oqtay Şirəliyev 75 yaşında vəfat edib. Sabiq nazirin vəfatına görə ayın 9-da, saat 10:00-da "Respublika Diaqnostika Mərkəzi" ASC səhmdarların növbədənkənar ümumi yığıncağı keçirilib və yeni baş direktor seçilib. 

Əhməd
 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->