Xəbər lenti

Orban AK-nin Kiyevə daha 50 milyard avro göndərmək təşəbbüsünə qarşı çıxdı
Dünya 20:20 27.06.2023

Orban AK-nin Kiyevə daha 50 milyard avro göndərmək təşəbbüsünə qarşı çıxdı

Macarıstanın baş naziri Viktor Orban Avropa Komissiyasının Avropa İttifaqının büdcəsini artırmaq və ondan Ukraynaya daha 50 milyard avro ayırmaq təşəbbüsünü qeyri-ciddi adlandırıb.

Qaynarinfo xəbər verir ki, o, bu barədə "Facebook"da yazıb.

Orbanın sözlərinə görə, müharibə başlayandan bəri digər dövlətlərin Ukraynaya ayırdığı vəsaitlərin necə istifadə edildiyi məlum deyil: "Avropa Komissiyasının büdcəyə dəyişiklik təklifi ciddi deyil və müzakirə mövzusu ola bilməz". 

Baş nazir həmçinin, Brüsselin Macarıstan və Polşaya əvvəlki birgə kreditdən borcunu saxlamağa davam edərkən, Aİ-nin büdcə kəsirini ödəmək üçün Avropa ölkələrindən yeni maliyyə inyeksiyaları tələb etməsini də "qəbuledilməz” adlandırıb.

Bundan əvvəl Avropa Komissiyasının sədr müavini Valdis Dombrovskis bildirmişdi ki, Avropa İttifaqı ölkələrinin liderləri Ukraynanın iqtisadiyyatını və infrastrukturunu bərpa etmək üçün ona 50 milyard avro məbləğində yeni maliyyə yardımı paketinin ayrılmasını dəstəkləyəcəklər.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->