Xəbər lenti

Orbandan Moskvaya mümkün səfərlə bağlı yayılan xəbərlərə cavab
Dünya06:59 05.07.2024

Orbandan Moskvaya mümkün səfərlə bağlı yayılan xəbərlərə cavab

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Macarıstanın baş naziri Viktor Orban Rusiya prezidenti Vladimir Putinlə Ukrayna münaqişəsinin həlli yollarını müzakirə etmək üçün Moskvaya gedəcəyi ilə bağlı mətbuatda yayılan xəbərləri təsdiqləməyib.
Qaynarinfo xəbər verir ki, "Kossuth" radiosunun səhər proqramında Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşdüyü iyulun 2-də Kiyevə səfərindən sonra növbəti addımlarının nə olacağı ilə bağlı suala cavabında Orban deyib: 
"Bu addımlar çox həssas olduğundan, onları yalnız necə edəcəyini müzakirə etdikdən sonra müzakirə etmək olar”.
Bəzi Avropa KİV-ləri rəsmilərə istinadən Macarıstanın baş nazirinin iyulun 5-də Moskvaya mümkün səfəri barədə bir gün əvvəl məlumat yayıb. Nə Budapeştdə, nə də Moskvada bu məlumatın təsdiqi var.
Alpər